Azərbaycan Paris-2024-də dördüncü medalını qazandı

Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb. Bu uğura yunan-Roma güləşi üzrə yığma komandamızın üzvü Həsrət Cəfərov nail olub. 67 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız üçüncü yer uğrunda həlledici görüşdə qırğızıstanlı Amantur İsmayılova 8:0 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb. 

Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşçilərinin Paris-2024-də qazandığı ilk və tək medal olub.

Bununla da Azərbaycan komandasının Paris-2024-də qazandığı medalların sayı 4-ə çatıb.

Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olaraq Azərbaycan himnini səsləndiriblər. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) Paris-2024-də gümüş mükafat qazanıb. Boksçumuz Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.