Paris-2024: Həsrət Cəfərova bürünc medal təqdim edilib

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü yeri tutan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov mükafatlandırılıb. 67 kq çəki dərəcəsində yer alan idmançıya bürünc medal təqdim olunub.

Qeyd edək ki, Cəfərovun çıxış etdiyi çəkidə qızıl medal Səid Esmaili Leivesə (İran) təqdim olunub. Ukraynanı təmsil edən əslən azərbaycanlı Pərviz Nəsibov gümüş, kubalı Luis Alberto Orta Sançes isə bürünc medal qazanıb.