Paris-2024: Sərbəst güləşçimiz 1/4 finalda

Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində keçirilən sərbəst güləş yarışları davam edir. Bu gün komandamızın üzvü Giorgi Meşvildişvili xalça üzərinə çıxıb. 125 kq çəki dərəcəsində yer alan idmançımız 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib. Görüşü 4:0 hesablı qələbə ilə başa vuran idmançımız 1/4 finala vəsiqə qazanıb. Pəhləvanımızın növbəti mərhələdəki rəqibi monqolustanlı Lxaqvaqerel Munxtur olacaq.