Azərbaycan millisi Bakı mərhələsində mübarizəni dayandırıb
3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində növbəti oyununu keçirib.
"Olimpsport" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu yığma C qrupundakı ikinci matçında Ukrayna seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 12:16
Daha əvvəl Almaniyanın “Düsseldorf ZOOS” komandasına uduzan milli mübarizəni dayandırmalı olub.
Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək.
Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.