Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək
Avqustun 22-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.
"Olimpsport" xəbər verir ki, yarış AKAF ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Bakı bulvarında, AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında mübarizə aparacaqlar.
İdmançılar kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparacaqlar. Saat 11:00-dan etibarən start götürəcək Bakı çempionatı bir gün davam edəcək.