Azərbaycan millisi Rusiyada beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın gənc boksçulardan ibarət millisi Rusiyanın Çita şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
"Olimpsport" xəbər verir ki, yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (54 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) mübarizə aparacaq.
Qeyd edək ki, turnir avqustun 26-da başlayacaq. Artıq səfərə yollanan yığmamız avqustun 31-də vətənə qayıdacaq.