İspaniyalı tennisçi məşhur Hollivud ulduzu ilə yarışıb

İspaniyalı tennisçi Rafael Nadal və Hollivud ulduzu Uill Smit elektrikli qayıqda yarışıblar.

"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, "E1 Como GP" yarışı İtaliyadakı Komo gölündə baş tutub.

Qarşılaşma ispaniyalı tennisçinin qələbəsi ilə başa çatıb.

R.Nadalın E1-də "Rafa" adlı komandası mövcuddur. Keçən ilin yayında tennisçi yaxta istehsalı ilə məşğul olan şirkətlərdən biri ilə yeni, 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, R.Nadal və U.Smitlə yanaşı, keçmiş futbolçu Didye Droqba, iş adamı Marselo Klar, "Formula 1" pilotu Serxio Peres və hindistanlı kriketçi Virat Kohli kimi məşhurlar da E1-də komandaya sahibdirlər.