AFFA "Kəpəz" klubunun analitikini cəzalandırıb

AFFA İntizam Komitəsi "Kəpəz" klubunun analitiki İlkin Verdiyevi cəzalandırıb.

"Olimpsport" xəbər verir ki, buna onun Azərbaycan Premyer Liqasının IV turunun “Səbail”lə səfər oyunu bitdikdən sonra KİV nümayəndəsinin çəkiliş aparmasına mane olması və ona fiziki təzyiq göstərməyə cəhd etməsi səbəb olub.

İntizam Komitəsi İlkin Verdiyevi ikisi şərti olmaqla 5 oyun cəzalandırıb, “Kəpəz” klubu isə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Qeyd edək ki, qarşılaşma "Səbail"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.