
İngiltərə klubunun qapıçısı "Sauthempton"a transfer olunacaq
İngiltərənin "Arsenal" klubunun qapıçısı Aaron Ramsdeyl Premyer Liqanın digər təmsilçisi "Sauthempton"a transfer olunacaq.
"Olimpsport" "Sky Sports"a istinadən xəbər verir ki, 26 yaşlı qolkiper üçün 25 milyon funt-sterlinq ödəniləcək.
Bu məbləğin 7 milyon funt-sterlinqi bonuslar şəklində olacaq. Qapıçı yaxın vaxtlarda tibbi müayinədən keçdikdən sonra "Sauthempton" klubuna qoşulacaq.
Qeyd edək ki, 2021-ci ildən “Arsenal”ın formasını geyinən A.Ramsdeyl 78 oyuna çıxıb. Həmçinin 2021-ci ildən bəri İngiltərə millisinin heyətində 5 oyunda iştirak edib.
Daha çox xəbər




Baş redaktor
18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


Digər növlər
02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

Digər növlər
30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















Olimpiya Növləri
08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





Digər növlər
08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
