
"Mançester Yunayted"in futbolçusu "Napoli"yə keçəcək
İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Skott Maktominey İtaliya təmsilçisi "Napoli"yə keçəcək.
"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər transfer barədə razılığa gəliblər.
Şotlandiya millisinin futbolçusunun transferi Neapol təmsilçisinə 30 milyon avroya başa gələcək. Bununla yanaşı, İtaliya klubu futbolçunu satacağı təqdirdə əldə ediləcək məbləğin 10 faizini "Mançester Yunayted"in büdcəsinə köçürəcək. Transferin bu gün rəsmiləşəcəyi gözlənilir.
Futbolçu tibbi müayinədən keçdikdən sonra 2028-ci ilə qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"in yetirməsidir və 2017-ci ildən əsas komandada yer alır. O, meydana çıxdığı 178 matçda 19 qol vurub. S.Maktominey 2018-ci ildən formasını geyindiyi Şotlandiya yığmasında 52 oyunda 9 dəfə fərqlənib.
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
