Azərbaycan tennisçiləri beynəlxalq turnirin ilk mərhələsində ikinci yeri tutublar

Azərbaycanın padel tennisçiləri Tamerlan Əzizovla Yusif Rzayev "Sea Breeze Padel Cup" beynəlxalq turnirinin ilk mərhələsində 2-ci yeri tutublar.

"Olimpsport" xəbər verir ki, mübarizəyə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Rusiya, Bolqarıstan, Ukrayna və Böyük Britaniyadan olan iştirakçılar qoşulublar.

32 nəfərin qatıldığı yarışda Bolqarıstandan olan Vasil Mladenov - Kirill Dimitrov cütü çempion olub. Türkiyədən olan Dəniz Gürsoyla Şimşək Başaran isə 3-cü yeri tutub.

Mükafatçılara diplom və medallar təqdim olunub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən turnirə sentyabrın 1-də yekun vurulacaq.