Taekvondo Federasiyasının (ATF) prezidenti Paris-2024-də medal qazanan idmançını qəbul edib
Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Qaşım Maqomedovu (58 kq) qəbul edib.
"Olimpsport" xəbər verir ki, K.Heydərov ölkəmizi Fransa paytaxtında uğurla təmsil etdiyi üçün taekvondoçunu təbrik edib və yeni uğurlar arzulayıb.
O, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın digər sahələrində olduğu kimi, taekvondonun da geniş populyarlıq qazandığını vurğulayıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğur qazanan idmançıları xüsusi təbrik etməsinin onları yüksək nəticələr göstərmələri üçün daha da həvəsləndirdiyini vurğulayıb.
K.Heydərov Qaşım Maqomedovun olimpiadadakı çıxışını yüksək qiymətləndirərək, finaladək inamla irəlilədiyini, həlledici görüşdə zədəli halda belə dayanqdan çəkilmədiyini, əzmkarlıq nümayiş etdirdiyini deyib. O, finalda zədə problemi yaşanmayacağı halda taekvondoçunun Olimpiya çempionu olacağına da inam ifadə edib. Maqomedovdan növbəti yarışlarda, xüsusilə 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunlarında uğur gözlədiyini bildirib.
Qaşim Maqomedov və məşqçilər korpusu göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, növbəti yarışlarda da Azərbaycan bayrağını daim ucalarda dalğalandırmaq üçün bütün gücləri ilə çalışacaqlarını diqqətə çatdırıblar.
Qeyd edək ki, Q.Maqomedov Paris-2024-də gümüş medal qazanıb.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
