Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu keçirəcək

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün ilk oyununu keçirəcək.

"Olimpsport" xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda İsveç ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edəcək.

C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniyanın qonağı olacaq. Bu oyun saat 22:45-də başlayacaq.

UEFA Millətlər Liqası

C Liqası, I qrup

I tur

5 sentyabr

20:00. Azərbaycan - İsveç

Baş hakim: Balaş Berkey (Macarıstan).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq. İsveç isə evdə Estoniyanı sınağa çəkəcək.