Prosineçki: “U-17-də bəyəndiyim futbolçuların adlarını çəkməyim...”

"Maraqlı oyun izlədik. "Kəpəz" iki dəfə hesabda irəli keçsə də "Zirə" hesabı bərabərləşdirə bildi. Premyer liqada iştirak etdiyi ilk mövsümdə ikinci olmaq böyük uğurdur" 

Olimpsport.az saytına müsahibəsində bu sözləri əsas millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Prosineçki qeyd edib ki, bu gün U-17-də gələcəkdə əsas millini gücləndirəcək futbolçular var: “Bəli, bugünkü U-17-də gələcəkdə əsas milliyə namizəd olacaq futbolçular var. Bəzi futbolçuları bəyənmişəm. Amma ad çəksəm düzgün olmaz. Hazırda onlar gəncdirlər. Əvvəlcə peşəkar futbola uyğunlaşmalı, klublarında əsas komandaya cəlb olunmalıdırlar. Daha sonra isə yığmaya dəvət alacaqlar”.