Əliyar Ağayev Türkiyə klubunun oyununu idarə edəcək

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində daha bir oyunda ədaləti təmsil edəcək. Olimpsport.az xəbər verir ki, təmsilçimiz “Konyaspor” – “Braqa” oyununa təyinat alıb.

 

Ona Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Həşimov kömək edəcək. Orxan Məmmədovla Rəhim Həsənov isə əlavə köməkçi hakimlər kimi meydana çıxacaq.

 

Qeyd edək ki, Konyadakı oyun oktyabrın 20-də keçiriləcək.