FİFA-dan Rusiyaya qadağa
FİFA Rusiyaya qadağa qoyub. Olimpsport.az xəbər verir ki, ali futbol qurumu DÇ-2018-in final mərhələsinin oyunları keçiriləcək stadionlarda çempionata 2 ay qalmış konsert verməyi qadağan edib.
FİFA-dan verilən açıqlama görə, bu qərar stadionun ot örtüyünü qorumaq məqsədi verilib.
Qeyd edək ki, 2016-ci keçirilən Avropa çempionatında Fransa millisinin baş məşqçisi Didye Deşam Marselin "Veledrom" stadionunda oyundan əvvəl konsert keçirildiyi üçün öt örtüyünün bərbad vəziyyətdə olduğundan şikayət etmişdi.
Xatırladaq ki, DÇ-2018-in final mərhələsi 14 iyun-15 iyul tarixləri arasında Rusiyanın 11 şəhərində keçiriləcək. (Sport7.az)