Ronaldinyo Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirəcək.

Əfsanəvi futbolçu Ronaldinyonun Bakı səfəri davam edir. Olimpsport.az xəbər verir ki, braziliyalı ulduz futbolçu üçün Bakı Olimpiya Stadionunda (BOS) mətbuat konfransı təşkil ediləcək.

 

Konfrans saat 16:00-da başlayacaq və futbolçu ilə yanaşı, “Qəbələ” klubunun prezidenti Tale Heydərov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edəcək.

 

Dünya ulduzunun ölkəmizə gəlişinin səbəbi isə “Ronaldinyo Akademiyası”nın açılışının müzakirəsidi. Akademiya “Qəbələ” klubunun dəstəyi ilə Bakıda açılacaq.