Klublarımızın növbəti sınağı

Bu gün  Avropa Liqasının qrup mərhələsində çıxış edən Azərbaycanın "Qəbələ" və "Qarabağ" klubları növbəti oyunlarını keçirəcəklər.

Olimpsport.az xəbər verir ki, "Qarabağ" evdə,  "Qəbələ" isə səfərdə meydana çıxacaq. Son oyunda məğlub olan hər iki təmsilçimizə qrupdan çıxmaq şansını saxlamaq üçün qələbə qazanmaq vacibdir.

 

Avropa Liqası, qrup mərhələsi, III tur

20 oktyabr

21:00. "Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan)

Baş hakim: Alon Yefet

Yan xətt hakimləri: Danni Krasikov, Nissan Davidi

Əlavə köməkçi hakimlər: Roy Reynşreyber, Ziv Adler

Dördüncü hakim: Kiril Balikin (hamısı İsrail)

Hakim inspektor: İqor İşenko (Ukrayna)

UEFA nümayəndəsi: Rudolfe Mannaerts (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

 

 

23:05. "Sent-Etyen" (Fransa) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Ali Palabıyık

Yan xətt hakimləri: Cem Satman, Ekrem Kan

Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan

Dördüncü hakim: Ceyhun Sesiguzel (hamısı Türkiyə)

Hakim inspektor: Laszlo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Yakob Erel (İsrail)

Sent-Etyen. Joffrua Qişar Stadionu