Robin Van Persinin vurduğu qola ingilis azarkeşlər belə reaksiya verdi - VİDEO

Dünən UEFA Avropa liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Mançester Yunayted" - "Fənərbaxça" matçında maraqlı hadisə yaşanıb. Olimpsport.az xəbər verir ki, "sarı-göylər"ın heyyətində təsəlli qoluna imza atan eks "Mançester"li Robin Van Persi ingilis azarkeşlər tərəfindən alqışlanıb. 

Qeyd edək ki, hollandiyalı futbolçu  2012-2015-ci illərdə "qırmızı şeytanlar"ın şərəfini qoruyub, meydana çıxdığı 86 oyunda 48 qol vurmağı bacarıb.