"Qarabağ" qələbə qazandı, mövqeyini bir az da yaxşılaşdırdı

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb. Azərbaycanın 7 klubunun yer aldığı siyahıda Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra müəyyən dəyişiklik baş verib.

Olimpsport.az
xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.


Ən yaxşı göstəriciyə sahib olan "Qarabağ” 5 pillə irəliləyərək 15,980 xalla 110-ci yerə yüksəlib.

Səfərdə "Sent Etyen”ə uduzan (0:1) "Qəbələ” 2 pillə geriləyib. Hesabında 7,700 xal olan əyalət təmsilçisi  181-ci yərə enib.
 
"Neftçi”  3 pillə geriləyib. Bakılılar 9,700 xalla 159-cu pillədədir. Bakı "İnter”i 5,950 xalla 220-ci, "Xəzər Lənkəran” 4.450 xalla 280-ci, "Kəpəz” 3,950 xalla 301-ci yerdədir.

Paytaxtın "Bakı” klubu sə 3,700 xalla 309-cudur.

Qeyd edək ki, 453 klubun yer aldığı siyahıda 150,343 xalla "Real"  ilk pillədədir.  "Bavariya” 139,213 xalla 2-ci, "Barselona” 136,343 xalla 3-cüdür.