“Qızıl oğlan” mükafatının qalibi açıqlandı

2016-cı ilin ən yaxşı gənc futbolçusunun adı müəyyənləşib. Olimpsport.az xəbər verir ki, İtaliyanın “Tuttosport” qəzetinin təsis etdiyi “Qızıl oğlan” mükafatının yeni sahibi son Avropa çempionu Portuqaliya yığmasının yarımmüdafiəçisi Renato Sançes olub. O, 21 yaşa qədər futbolçular arasında bütün rəqiblərini qabaqlayaraq, bu ada layiq görülüb.

 

“Tuttospor”un 2003-cü ildən etibarən təqdim etdiyi bu mükafat ötən il Antoni Marsiala qismət olmuşdu.

 

Budəfəki “10-luq”da aşağıdakı adlar qərarlaşıb:

1. Renato Sançes (Portuqaliya, “Bavariya”)

2. Markus Reşford (İngiltərə, “Mançester Yunayted”)

3. Kinqsli Koman (Fransa, “Bavariya”)

4. Dele Alli (İngiltərə, “Tottenhem”)

5. Osman Dembele (Fransa, “Borussiya” Dortmund)

6. Canluici Donnarumma (İtaliya, “Milan”)

7. Leroy Sane (Almaniya, “Mançester Siti”)

8. Marko Asensio (İspaniya, “Real” Madrid)

9. Mahmud Daud (Almaniya, “Borussiya” Mönxenqladbax)

10. Keleçi İheanaço (Nigeriya, “Mançester Siti”)