Hollandiya millisinin kapitanı: “Azərbaycanı “Qarabağ”a görə tanıyıram”
"Azərbaycan haqda geniş məlumatım yoxdur. Yalnız "Qarabağ" klubunu tanıyıram. Çünki bu komandanın üzvü Samuel Armenteros Hollandiya çempionatında çıxış edib”.
Olimpsport.az saytına açıqlamasında bu sözləri Hollandiyanln U-17 yığmasının kapitanı Mathis de Liqt deyib.
Gənc futbolçu Bakıda keçirilən Avropa çempionatının yarımfinalında Portuqaliyaya 0:2 hesabı ilə uduzduqları görüş haqda isə bunları söyləyib: “Çox çətin oyun oldu. Çünki Portuqaliya yığması həm fiziki, həm də texniki cəhətdən güclü komandadır. Rəqibin müdafiə xəttinin hava topları ilə irəli keçməyə çalışırdıq. Nə qədər effekt verdiyini deyə bilmərəm. Amma seçmə mərhələdə bu taktika ilə uğur qazanmışdıq".