4 klubun iştirakı ilə "Heydər Əliyev kuboku" keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Peşəkar Futbol Liqası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq futbol üzrə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "HEYDƏR ƏLİYEV KUBOKU" turniri keçiriləcək.

Olimpsport.az saytının məlumatına görə, mayın ayının 25-27-si tarixi aralığında keçiriləcək turnirdə "Araz-Naxçıvan", "Neftçala", "MOİK" və "Şərurspor" komandaları iştirak edəcək.

Oyunlar Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.