"Bu gecəni pis yatacam və hər şeyi düşünəcəm" - Dieqo Simone
Çempionlar Liqasının ötən mövsümkü finalçısı "Atletico Madrid" turnirin qrup mərhələsində keçirdiyi 4-cü oyunda "Rostov"u məğlub edib. Olimpsport.az xəbər verir ki, komandanın baş məşqçisi Diyeqo Simeone matçdan sonra media nümayəndələrinin suallarını cavablandırıb.
- Bu qazanılan qələbəni necə qiymətləndirirsiniz?
- Gərgin mübarizə şəraitində keçən oyun izlədik. "Rostov"un güclü rəqib olduğunu ilk oyundan bilirdik. Onlar qapıları qarşısında az təhlükəli vəziyyətə imkan verirlər. Baş məşqçi kimi mənim üçün pis oyundur, amma futbolçular görüşün taleyini həll etdi.
- Bu gün meydanı aşağı əhval-ruhiyyədə tərk etdiniz?
- Əhvalım korlanmadı. Səhv qərarlar verdim. Amma komandanın hazırki forması ilə fəxr edirəm.
- Hansı qərarlarınızı uğursuz hesab edirsiniz?
- Açıqlamaq istəmirəm. Bu gecəni pis yatacam və hər şeyi düşünəcəm.
- Cavab qolunu dərhal buraxmağımız necə alındı?
- "Rostov" vertikal ötürmələri yaxşı verir. Hücum xəttində topa nəzarət edəndə onların öhdəsindən gəlmək asan məsələ deyil.
- Qrizmannın oyununu necə qiymətləndirirsiz?
- Antuan nə edəcəyini son anda göstərir. Onun ustalığı matçın taleyini həll etdi.(Goal.az)