2016-cı ilin ən yaxşı məşqçisi adına namizədlər açıqlanıb.
2016-cı ilin ən yaxşı məşqçisi adına namizədlər açıqlanıb.
Olimpsport.az xəbər verir ki, siyahıda Kris Koulmen (Uels yığması), Didye Deşam (Fransa yığması), Fernando Santuş (Portuqaliya yığması), Xosep Qvardiola (“Bavariya”/“Manchester City”), Yurgen Klopp (“Liverpool”), Luis Enrike (“Barcelona”), Maurisio Poçettino (“Tottenham”), Klaudio Ranyeri (“Leicester”), Dieqo Simeone (“Atletico”) və Zinəddin Zidan (“Real”) yer alıb.
İlin ən yaxşı məşqçisinin adı səsvermə nəticəsində bəlli olacaq. Səslərin 50 faizi milli komandaların kapitanları və çalışdırıcılarının seçiminə əsasən müəyyənləşəcək. Qalan 50 faiz səslər isə azarkeşlər arasında onlayn keçirilən seçim prosesindən toplanılacaq.
Qalibə mükafat yanvarın 9-da təqdim ediləcək.