AVRO-2016: “Bütün azarkeşləri sabahkı finala dəvət edirəm”

“Sabah bizi maraqlı final gözləyir. Bütün azarkeşləri bu oyunu izləməyə dəvət edirəm”.

Olimpsport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın U-17 yığmasının kapitanı Manu Morlanes deyib.

Gəcn futbolçu sabah Bakıda baş tutacaq Avropa çemponatının finalında Portuqaliyaya qarşı keçirəcəklər matç haqda fikirlərini belə ifadə edib: “Kuboku qaldırmaq üçün ilk növbədə həm fərdi, həm də komanda şəklində öz üzərimizdə çalışmalı və birlik nümayiş etdirməliyik. Bizim elə yaşımızdır ki, hələ öyrənirik və peşəkar oyunçu kimi düzgün formalaşmağı düşünməliyik. Bugünə qədər necə mübarizə aparmışıqsa, sabah da bunu nümayiş etdirəcəyik".