Joze Mourinyo cəzalanıb

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo cəzalanıb. Olimpsport.az  xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasının son turunda “Bernli” ilə matçda (0:0) hakimləri təhqir etdiyi üçün 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.

 

Üstəlik, Mourinyo 50 min funt-sterlinq məbləğində cərimələnib. O, “Liverpul”la oyun ərəfəsində liqanın imicinə xətər gətirən fikirlər səsləndirdiyi üçün ziyana düşüb.