III yeri “Qəbələ” tutdu

Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün bürünc medalçısı müəyyənləşib.

Olimpsport.az saytının məlumatına görə, son turda səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edən “Qəbələ” III yeri tutub. “Zirə”ni məğlub edən “İnter” də mövsümü 59 xalla başa vursa da, şəxsi oyunlardakı göstəriciyə görə “Qəbələ”dən geri qalıb.