Mövsümün bombardiri - Dani Kintana
Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün bombardiri müəyyənləşib.
Olimpsport.az saytının məlumatına görə, çempionatın ən sərrast oyunçusu adına “Qarabağ”lı Dani Kintana sahib çıxıb. Son turda AZAL-ı da məyus edən ispan yarımmüdafiəçi 15 qolla rəqibləri üçün əlçatmaz olub. Uzun müddət bombardirlər siyahısına başçılıq edən “Zirə”nin hücumçusu Nelson Bonilla 14 qolla ikinci, “Neftçi”dən Ruslan Qurbanov isə 13 qolla üçüncü yeri tutub.