Milli komandanın oyununda terror təhlükəsi
DÇ-2018-in seçmə mərhələsin çərçivəsində baş tutacaq Albaniya - İsrail matçının yeri dəyişdirilib.
Olimpsport.az xəbər verir ki, buna terror təhlükəsi səbəb olub. Belə ki, Albaniya polisi oyunun baş tutacağı Şkodra şəhərindəki stadionda terror törədiləcəyi ilə bağlı məlumat əldə edib. Albaniya - İsrail matçının Elbasandakı "Elbasan Arena”da keçiriləcək.
Qeyd edək ki, Albaniya milli komandasının heyətində "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də çıxış edir.