Diniyev: "Çox ağıllı və futbolu bilən azarkeşlərimiz var"

"Çox ağıllı və futbolu bilən azarkeşlərimiz var. Bugünkü alqışlar da buna dəlalət edir."

Bu fikirləri Olimpsport.az-a açıqlamasında Şahin Diniyev bildirib. Təcrübəli mütəxəssis komandasının uğuru haqqında da danışıb:

"Biz axırıncı oyunumuzda, axirincı qanımıza qədər vuruşduq. Kasad heyət və büdcəylə bu nəticəyə nail olmaq çox çətin idi. Mövsümün əvvəlində məqsəd ilk altılıqda olmaq olsa da, komanda özündə güc tapib başından yuxarı tullandı və avropa kuboklarına vəsiqə qazanmağı bacardı. Bunda azarkeşlərində çox böyük rolu var. Mən futbolçularıma da çox təşəkkür edirəm ki, belə çətin maaliyyə vəziyyətinə baxmayaraq sona 3 tur qalmış bu uğuru qazandılar. Ümüd edirəm ki, gələn mövsüm daha güclü "Kəpəz" görəcəyik."