Yoahim Löv Bundestimin tarixinə keçdi
Almaniya millisinin baş məşqçisi Yoahim Löv Almaniya futbolunun tarixinə keçib. Olimpsport.az xəbər verir ki, təcrübəli mütəxəssisin rekordu DÇ-2018-in seçmə mərhələsində San Marino ilə oyunda (8:0) qeydə alınıb.
Bu qələbə Almaniya millisinin Lövün rəhbərliyi altında 95-ci qələbəsi olub. Bununla da o, Bundestimin tarixində ən çox qələbə qazanan baş məşqçi olub.
Qeyd edək ki, 56 yaşlı mütəxəssis 2006-cı ildən Almaniya millisininin sükanı arxasındadır.