Bakıda keçirilən Avropa çempionatının qalibi məlum oldu
Bu gün 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatına yekun vurulub.
Olimpsport.az-ınməlumatına görə turnirin həlledici - final oyununda Portuqaliya və İspaniya yığmaları qarşılaşıb.
Portuqaliya yığması bu görüşün də favoriti hesab olunurdu. Bu komanda əvvəlki oyunlarının heç birində qapısından top buraxmamışdı. Pireney derbisində ispanların bu rəqiblə nə dərəcədə bacaracağı maraqla gözlənilirdi. Qarşılaşmada hesabı da məhz portuqaliyalılar açıblar. Amma ispanlar cəmi bir neçə dəqiqə məğlub durumda olublar. Fasiləyə qədər cavab qolunu vurmağı bacaran İspaniya matçın əsas vaxtının tamamına qədər heç-heçə hesabını qoruyub. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirilib. Daha dəqiq olan portuqaliyalılar AÇ-2016-nın qalibi adını qazanıblar.
17 yaşlılıarın Avropa çempionatı
Final
21 may
Portuqaliya - İspaniya - 1:1 (penaltilər - 5:4)
Qollar: Dalot, 27 (1:0). Dias, 32 (1:1).
Baş hakim: Petr Ardeleanu (Çexiya).
Bakı. "Bakcell Arena".