Türkiyə millisi ilk qələbəsini qazandı

Türkiyə milli yığması 2018-ci il Dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsi çərçivəsində Kosova üzərində qələbə qazanıb.

OLimpsport.az xəbər verir ki, Türkiyə millisi Burak Yılmaz və Volkan Şənin qolları sayəsində Kosovo yığması üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Qrupun digər oyununda Xorvatiya İslandiyanı qəbu edib. Bu oyunda da ev sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar. Xorvatların hər iki qolunu Marselo Brozoviç vurub. Bu qələbə ilə Xorvatiya 10 xal toplayaraq qrupun vahid lideri olub.

Bu gecə qrupda daha bir oyun keçiriləcək – Ukrayna Finlandiyanı qəbul edəcək.