"Qarabağ"dan ayrılan futbolçu özünə yeni klub tapdı
Mövsümün gedişində “Qarabağ”dan ayrılan Əl Hərbi Əl Jadeyuinin yeni klubunun adı müəyyənləşib.
Olimpsport.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Taylandda davam etdirəcək. “Qarabağ”dan əsas heyətə düşmədiyinə görə ayrılan yarımmüdafiəçi Tayland Premyer Liqasında mübarizə aparan “Ratçaburi” klubuna keçib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mərakeş millisinin sabiq üzvü 2015-ci ildə Fransanın “Lans” klubundan “Qarabağ”a transfer edilmişdi.