Hakimlər Komitəsi oyuna hakim göndərməyi unutdu
Türkiyə futbolunda maraqlı və bir o qədər də gülünc hadisə baş verib. Olimpsport.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsi unutqanlıq ediblər.
Onlar bu gün 3-cü liqada keçiriləcək bütün oyunlara hakim təyin etməyi unudublar. Ona görə də komitə dünən təcili bir yerə yığılaraq təyinatları ediblər.
Komitə oyunların baş tutacağı bölgələrə yaxın yaşayan hakimləri matçlara göndərməyi qərara alıblar. Vaxtsız verilən qərarlardan sonra hakimlərin digər iş yerlərindən icazə almaqda böyük çətinlik yaşadığı öyrənilib.