UEFA futbolçunu 2 illik diskvalifikasiya edib
UEFA Finlandiya yığmasının və Rusiyanın MOİK klubunun futbolçusu Roman Yeremenkonu 2 illik diskvalifikasiya edib.
Olimpsport.az "Report"a istinadən xəbər verir ki, dopinq testi zamanı futbolçunun orqanizmində kokain metabolitləri aşkarlanıb.
Finlandiya mətbuatı yarımmüdafiəçinin sentyabrda Çempionlar Liqasının qrup matçı ərəfəsində dopinq-tesdə ilişdiyini yazıb.
Qeyd edək ki, futbolçunun dopinqdən istifadəsi şübhələri yarandığından UEFA onu oktyabrın 7-dən 1 ay müddətinə yarışlardan kənarlaşdırmışdı.