Cüneyt Çakır "Mançester Siti"nin matçını idarə edəcək

Türkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Olimpsport.az xəbər verir ki, türkiyəli ədalət təmsilçisi, C qrupunda keçiriləcək "Borussiya" (Münhenqladbax) - "Mançester Siti" oyununu idarə edəcək.
 
Qeyd edək ki, noyabrın 23-də keçiriləcək görüş saat 23:45-də başlayacaq.