“Qəbələ” medallarına nə vaxt qovuşacaq?

Son turda səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub etməklə üçüncü yeri tutan “Qəbələ” bürünc medallarına gələn ay qovuşacaq.

Bu haqda Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. O qeyd edib ki, son turun oyunundan sonra “Qəbələ” istirahətə çəkilib. Legionerlər ölkələrinə yollanıblar. Bu səbəbdən də “Qəbələ”yə medallar komanda yenidən bir araya gəldikdən sonra təqdim olunacaq. “Qəbələ”nin yeni mövsümün hazırlığına iyunun 10-da start verəcəyi gözlənilir.

Qeyd edək ki, “Qəbələ” ardıcıl üçüncü dəfə mövsümü bürünc medalla başa vurub.