Berti Foqts qovuldu

Milli komandamızın sabiq baş məşqçisi Berti Foqts daha bir işindən kənarlaşdırılıb. Olimpsport.az xəbər verir ki, onun məsləhətçi kimi çalışdığı ABŞ yığmasındakı karyerası sona çatıb.
 
Buna səbəb ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmanın istefaya göndərilməsi olub. "DÇ-2018"in seçmə mərhələsində ardıcıl 2 məğlubiyyət almaniyalı mütəxəssisin vəzifəsindən göndərilməsi ilə nəticələnib. Onunla yanaşı, Berti Foqtsun da işinə son verilib.
 
Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə millimizi çalışdırıb. Komanda 69 yaşlı alman mütəxəssisin başçılığı altında 71 oyun keçirib, 15 qələbə qazanıb, 22 hneç-heçə edib və 34 dəfə yenilib.