Bakı "İnter"ində 5 yeni müqavilə

Azərbaycan Premyer Liqasında keçirilən son turdan sonra "İnter" FK-nın heyəti istirahətə buraxılıb.

Olimpsport.az saytının məlumatına görə, “bankirlər” iyun ayının 18-də "İnter Arena" stadionuna toplaşaraq növbəti mövsümə hazırlaşacaq. Müqavilə müddətləri başa çatmış futbolçularla da yeni razılaşmalar əldə olunur. Belə ki, Şahin Zəkiyevlə (3 il), Sərtan Taşkınla (2 il), Aqşin Quluzadə ilə (3 il), Mirhüseyn Seyidovla (2 il) və Nizami Hacıyevlə (1 il) müqavilələr yenilənib. Digər futbolçularla danışıqlar gedir(klub saytı).