Dünya çempionu öldürülüb

Kikboksinq üzrə dünya çempionu, rusiyalı Musu Musalayev Almaniyada güllələnib.

Olimpsport.az xəbər verir ki, 37 yaşlı idmançı yaşadığı binanın önündə öldürülüb. 

Noyabrın 18-də maskalı şəxslər ona bir neçə dəfə atəş açıb. Hadisənin səbəbləri bəlli deyil.

Musalayev əslən Tatarıstandandır. O, Tatarıstan prezidentinin bədən tərbiyəsi və idman üzrə məsləhətçisi olub.