Droqba klubsuz qalıb
Şimali Amerika Futbol Liqasında mübarizə aparan "Monreal" Didye Droqbanın klubdan getdiyi barədə açıqlama yayıb.
Olimpsport.az xəbər verir ki, futbolçunun klubla müqaviləsi bu ilin dekabrın 31-də başa çatır. Tərəflər sözləşmənin vaxtında bir ay əvvəl pozulmasına etiraz etməyiblər.
Klubun rəsmi saytı vasitəsiylə "Təşəkkürlər, Droqba" başlıqlı vida mətni yayımlanıb.
Xatırladaq ki, Droqba "Monreal"a 2015-ci ildə "Çelsi"dən gəlmişdi. Bu klubda oynadığı 25 oyuna 11 qol vuran hücumçu 6 dəfə yoldaşlarına məhsuldar ötürmə verib.
Onun karyerasını bitirəcəyi, yoxsa hansısa klubda oynamağa davam edəcəyi məlum deyil.