Arçil Arveladze: "Gürcüstan futbolunda vəziyyət heç də yaxşı olmayacaq."
Bakı çox gözəldi. Son dəfə bir neçə il bundan qabaq Bakıda olmuşdum və hər dəfə gələndə şəhəriniz biraz daha gözəl olur. Çox istiqanlı xalqınız var. Bakıya gəlmək hər zaman çox xoşdu.
Bu sözləri Olimpsport.az-a açıqlamasında 17 yaşlı futbolçular arasında keçirilən Avropa Çempionatının final oyunu izləmək üçün paytaxtımıza gələn məhşur gürcü futbolçu Arçil Arveladze deyib.
Ötənlərin məhşur futbolçusu Azərbaycan və Gürcüstan futbolunun hazırkı durumu haqqında da danışıb.
"Futbolunuz da əvvəlki illərlə müqayisədə ciddi fərq var. Son illər klublarınıız çox inkişaf ediblər. Ölkənizdə çıxış edən legionerlərdə öz işlərini layiqli görürlər."Qəbələ" və "Qarabağ" keçən il Avropa Liqasında uğurla çıxış etdilər və mən arzu edirəm ki, bu mövsüm də ən azı qrup mərhələsiə vəsiqə qazanacaqlar. Milliniz də son illər qənaətbəxş çıxış edir. Mən hesab edirəm ki, bunda federasiyanızın dəvət etdiyi xarici məşqçilərin mühüm rolu var.
Gürcüstan millisi də son seçmə mərhələdə uğurla çıxıb edib. Çətin qrupda oynamaqlarına baxmayaraq mərhələni 10 xalla başa vurub. Düzdür, ciddi maaliyyə problemi də var. "Dinamo" bu il çempion oldu, amma legioner futbolçu olmadığı üçün qrup mərhələsi haqda düşünmək real deyil. Yenə də, avrokubok mövsümünü gözlüyüb nəyəsə ümüd edirik. Növbəti illərdə ciddi pul qoyuluşu olmasa gürcüstan futbolunda vəziyyət heç də yaxşı olmayacaq."