Messi tarixə düşdü

İspaniya “Barselona”sının argentinalı futbolçusu Lionel Messi beynəlxalq klub miqyaslı turnirlərdə 100-cü qolunu vurub. Olimpsport.az Apasporta istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin V turunun “Seltik”lə qarşılaşmasında 2 dəfə fərqlənən hücumçu 100-ə çatan ilk futbolçu kimi tarixə düşüb.

 

Bütün qollarını Kataloniya klubunun heyətində vuran cənubi amerikalı 3 müxtəlif turnirdə rəsmiləşdirib. Messi Çempionlar Liqasında 92, klublararası dünya çempionatında 5, UEFA Superkubokunda 3 dəfə fərqlənib. Lionel 100 qolu 119 matçda vurub.

 

Qeyd edək ki, siyahıda 2-ci olan Kriştianu Ronaldonun hesabında 99 top var.