Finalın hakimləri müəyyənləşdi
Azərbaycan Kuboku uğrunda turnirin final oyununa təyinatlar açıqlanıb.
Olimpsport.az saytının məlumatına görə, “Qarabağ” - “Neftçi” oyununu Fariz Yusifov idarə edəcək. Ona Yaşar Abbasov və Elman Musayev kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Munis Abdullayev yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Ömər Paşayev olacaq.
Xatırladaq ki, sabah Respublika stadionunda baş tutacaq final görüşü 20:00-da start götürəcək.