Emin Mahmudov "Boavişta"nın heyətində debüt etdi

Portuqaliya çempionatında XI turun oyunları keçrilib. Olimpsport.az xəbər verir ki, Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" "Sportinq"i qəbul edib.

 

Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamran Ağayev meydana start heyətində çıxıb və sonadək oynayıb. Tur Emin Mahmudov üçün əlamətdar olub. Belə ki, o, "Boavişta"da debüt edib. Milli komandamızın üzvü 76-cı dəqiqədə Karrasanı əvəzləyib.

 

Qeyd edək ki, "Boavişta" 11 turda sonra 13 xal toplayıb və "Setubal"la 10-11-ci pillələri bölüşür.