Konfederasiyalar kubokunun püşkü atılıb

2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunun püşkatma mərasimi keçirilib.


Olimpsport.az xəbər verir ki, püşkatma mərasimi Kazan şəhərində baş tutub.  "A" qrupunda Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika, "B" qrupunda isə Almaniya, Çili, Avstraliya və Afrika Kubokunun qalibi mübarizə aparacaq.

Sankt-Peterburqda keçiriləcək açılış matçında Rusiya Yeni Zelandiya ilə üz-üzə gələcək. Oyunlar Rusiyanın dörd şəhərində - Sankt-Peterburq, Kazan, Moskva və Soçidə keçiriləcək.