"Beşiktaş"ın baş məşqçisindən alqışalayiq addım

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş ilk müəlliməsini ziyarət edib. 
 
Olimpsport.az  xəbər verir ki, mütəxəssis 1959-1962-ci illərdə müəlliməsi olmuş Yurdanur Uzman Güçlünü ziyarət edərək müəllimlər günü münasibətilə təbriklərini çatdırıb. 
 
Bundan başqa klubun rəsmi saytında yer alan məlumata görə "Beşiktaş"ın çalışdırıcısı müəlliməsinə çiçək verib, xatirələrini bölüşüb.