Maradona: "Fidel Kastro mənim üçün ikinci ata idi"

Kastro cümə günü 90 yaşında dünyasını dəyişib. Olimpsport.az xəbər verir ki, Argentina yığmasının əfsanəvi futbolçusu Diyeqo Maradona bildirib ki, kubalı inqilabçı Fidel Kastro onun üçün ikinci ata idi.

 

"Bu, dəhşətli gündür. Şübhəsiz ki, böyük insan vəfat edib. Mənim üçün çox kədərlidir, çünki o mənə ikinci ata idi", - deyə Maradona bildirib.